...

Aİ-nin yeni missiyası ancaq bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edə bilər

Siyasət Materials 23 Yanvar 2023 16:54 (UTC +04:00)
Aİ-nin yeni missiyası ancaq bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edə bilər

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Bunu Fransanın Cənubi Qafqaza soxulmaq üçün növbəti cəhdi də hesab etmək olar.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin görüşü zamanı Ermənistan ərazisinə, Azərbaycanla sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi qərarı qəbul edilmişdi. Bu missiya qısamüddətli olmalı idi.

Lakin bu dəfə Praqa görüşünün nəticələrinə zidd olaraq Avropa İttifaqı yeni qərar qəbul etdi. İndiki missiyanın müddətinin 2 il olacağı vurğulanır. Təbii ki, burada məqsəd missiyanı daimi etməkdir.

Hələ ötən həftə brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyası Bakının razılığı olmadan göndərilərsə, səmərəli olmayacağını, hətta əks təsir göstərə biləcəyini də vurğulamışdı.

Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi, lakin Aİ bunu etmək istəmədi və fərdi qaydada missiyanı göndərmək qərarını verdi.

Aİ-nin yeni qərarı bölgədə vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti