...

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Qabon Prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 8 Fevral 2023 12:37 (UTC +04:00)
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Qabon Prezidenti ilə görüşüb (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Qabon Prezidenti Əli bin Bonqo Ondimba ilə görüşüb.

Trend bu barədə Qabon Respublikasının Rəyasət Heyətinə istinadən xəbər verir.

Tərəflər son 30 il ərzindəki ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparıb və Azərbaycanın enerji resursları ilə zəngin olduğunu və bu sahə üzrə müvafiq təcrübəni paylaşmağa hazır olduğunu nəzərə almaqla əməkdaşlığın xüsusən neft-qaz sektorunda gələcək genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

Elçin Əmirbəyov Qabonun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini təqdir edərək Azərbaycanın sülh və təhlükəsizlik məsələlərindəki səriştəsini də Qabonla paylaşa biləcəyini əlavə edib.

Birinci vitse-prezidentinin köməkçisi Prezident Əli bin Bonqo Ondimbaya Azərbaycan Prezidenti İlham Əliyevin adından Azərbaycana səfər dəvətini, həmçinin Qabonun Qoşulmama Hərəkatının (QH) qarşıdakı sammitində iştirakı üçün dəvəti çatdırıb.

E.Əmirbəyob həmçinin Qabon Prezidentini Azərbaycan-Ermənistan münasibətlərindəki son hadisələr barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti