Bakı. Trend:
Tərtərdə 3 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tvitter hesabında qeyd edib.
"Tərtərdə 3 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim onların ailələri və doğmalarının yanındadır. BMT-nin Azərbaycandakı Nümayəndəliyi gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, ötən gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.