...

Bütün beynəlxalq təşkilatlar regional əməkdaşlığımıza öz dəstəyini göstərməlidir - Tural Gəncəliyev

Siyasət Materials 17 May 2023 12:44 (UTC +04:00)
Bütün beynəlxalq təşkilatlar regional əməkdaşlığımıza öz dəstəyini göstərməlidir - Tural Gəncəliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sovet İttifaqı dağıldıqdan sonra qloballaşmanın şahidi olduq. Dövlətlər bir araya gələrək problemləri müzakirə etməlidir.

Trend-in məlumatına görə, bu barədə deputat Tural Gəncəliyev “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Çoxtərəfli siyasəti Azərbaycana ilk dəfə Heydər Əliyev gətirdi. Azərbaycan hazırda müstəqil ölkədir və özümüzün müstəqil siyasətimizi həyata keçiririk. Biz siyasətdə çoxtərəfliliyi dəstəkləyirik”,- deyə deputat bildirib.

T.Gəncəliyev qeyd edib ki, beynəlxalq təşkilatlar hansl formada işlədiyinə diqqət etməliyik.

“ Azərbaycan çoxtərəflilik baxımından vacib bir ölkədir. Müasir tariximizdə biz dəhlizin açılması ilə bağlı müzakirələr aparırıq. Bütün beynəlxalq təşkilatlar, ölkələr bizim regional əməkdaşlığımıza öz dəstəyini göstərməlidir”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti