...

Azərbaycan ermənilərin yalanını bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi - Deputat

Siyasət Materials 31 Avqust 2023 17:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə apardığı yük maşınlarını qəbul etməməklə özlərini ifşa etdilər. Bir daha məlum oldu ki, indiyə qədər beynəlxalq ictimaiyyəti aldatmaq üçün ortaya atılan “humanitar böhran” siyasi şoudan başqa bir şey deyil. Bu gün diplomatik korpus nümayəndələrini vəziyyətlə yerində tanış etməklə Azərbaycan ermənilərin yalanını bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

"Ermənistan hakimiyyəti başda olmaqla, Qarabağdakı separatçı rejim qalıqları uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırdılar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla, Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər.

Əgər erməni əhali böhran içərisindədirsə, bəs onda nədən Azərbaycanın göndərdiyi yükləri qəbul etmir və ya Ağdam-Xankəndi yolundan istifadədən imtina edir?!

Ötən gün İrəvandan Xankəndiyə humanitar yük aparan Fransa TIR-ları da yola düşmüşdü. Məhz elə bu məqamda Fransa TIR-larının yola düşməsi də oyunun tərkib hissəsi idi. Əgər Xankəndidə yaşayan ermənilərin humanitar yardıma ehtiyacı yoxdursa, Fransa TIR-ları nə üçün yola düşmüşdü? Azərbaycan Fransa TIR-larını Laçın sərhəd keçid məntəqəsindən buraxmamaqla bu oyunu da pozmuş oldu”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, Ermənistan və havadarları hələ də dərk etmir və ya etmək istəmir ki, onların oyunları Azərbaycanın qətiyyətli mövqeyi qarşısında keçərli deyil.

“Ermənistan və havadarları bilməlidir ki, bu cür hərəkətlərlə Azərbaycana təzyiq göstərə bilməzlər. Azərbaycan öz haqlı möqveyində qətiyyətli və prinsipialdır, öz haqq yolundan dönməyəcək. Onlar bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər faydalı olar”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti