...

Britaniyanın “The Economist” jurnalı Azərbaycan səfirinin cavab məktubunu dərc edib

Siyasət Materials 7 Sentyabr 2023 22:30 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın “The Economist” jurnalı Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun ermənipərəst məqaləyə cavabını dərc edib.

“Azərbaycan daxilindəki erməni anklavı aclıq astanasındadır” (4 sentyabr) məqaləsində haqlı olaraq Azərbaycanın Qarabağında erməni separatçıları tərəfindən humanitar məsələlərin siyasiləşdirildiyi qeyd olunur. Bunun əyani təsdiqi onların sırf etnik səbəblərə görə Azərbaycan tərəfindən həyata keçirilən və çıxış gözləyən tədarüklərdən imtina etməsi, həmçinin Ağdam yolunun bağlanmasıdır. Eyni zamanda “blokada” və “humanitar fəlakət”dən şikayətlənirlər. Siz tamamilə haqlısınız ki, Ermənistanın siyasi diskursunda Ermənistan və Azərbaycan arasında sülhün əleyhdarları anlaşma əldə etmək imkanını istisna etmək üçün humanitar problemlərdən istifadə edirlər”, – səfir yazır.

O qeyd edir ki, məqalədə separatçıların siyasi çıxışlarını keçirdikləri ərazinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olması qeyd olunmur. Üstəlik, hətta 2020-ci il müharibəsi başa çatdıqdan sonra və Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına baxmayaraq, Ermənistan otuz ildir ki, əvvəllər işğal olunmuş və etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə əsgərlərini və minalarını daşımaq üçün Laçın yolundan istifadə etməyə davam edib.

Süleymanov yazır ki, Azərbaycanın Qarabağdakı yerli ermənilərə digər vətəndaşlar kimi bərabər hüquq və müdafiə verilməsi, onun çoxşaxəli cəmiyyətinə inteqrasiyası və yaxın gələcəkdə Ermənistanla sülh müqaviləsi imzalanması təklifi regionda davamlı sülh və rifahın yeganə variantı olaraq qalır.

“Qeyri-sabitlik, sülhməramlıların daimi mövcudluğu və hər hansı inkişafın olmaması şəklində alternativ yalnız müharibə tərəfdarlarına və separatçı sərkərdələrə öz xalqlarının ziyanına xeyir verir”, - Azərbaycanın Böyük Britaniyadakı səfiri cavab məqaləsində bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti