...

Qarabağda yaşayan erməni sakinlərin ilkin qeydiyyatı yaxın zamanda aparılacaq

Siyasət Materials 28 Sentyabr 2023 16:38 (UTC +04:00)
Qarabağda yaşayan erməni sakinlərin ilkin qeydiyyatı yaxın zamanda aparılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcəkdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezident Administrasiyası məlumat yayıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur.

Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti