Dubay. Trend:
Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının açılışı olub.
Trend-in cümə günü verdiyi məlumata görə, Azərbaycan ilk dəfə olaraq COP28 sərgisində pavilyonla təmsil olunur.
Dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə yaradılmış milli pavilyon “İqlim davamlılığı üçün davamlı həllər” mövzusunu əhatə edir.
İnteraktiv pavilyonda Azərbaycanın iqlim dəyişikliyi siyasəti, Azərbaycan hökumətinin istixana qazlarının tullantılarının azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər və bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verilir.
COP28 sərgisindən fotoları təqdim edirik: