Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, onun rəhbərliyi sayəsində regionda sülh və inkişaf dövrü başlayıb.
Trend xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bugünki dünyamızda belə lider çox az olur.
“2026-ci ildə ilk dəfə olaraq Bakı şəhəri Ümumdünya Şəhərsalma
Forumuna ev sahibliyi edərək dünyanın paytaxtına çevriləcək.
Bilirəm ki, Azərbaycan bu foruma çox yüksək səviyyədə ev sahibliyi
edəcək. Azərbaycan xalqının qonaqpərvərliyi dillər əzbəridir.
Ümid edirəm ki, Azərbaycan COP29-a ev sahbiliyi edərək,
təşkilatlarla birlikdə işləyərək tədbirlərin görülməsi üçün əlindən
gələni əsirgəməyəcək”,- deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.