...

Vadim Vorobyov Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 22 Fevral 2024 17:04 (UTC +04:00)
Vadim Vorobyov Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Bu uğurunuz seçicilərin Sizə, fəaliyyətinizə və planlarınıza etimadının təzahürüdür. Liderlik keyfiyyətləriniz, yorulmaz işgüzarlığınız, şəffaf rəhbərlik üslubunuz sayəsində öz Vətəninin gələcəkdə də dinamik inkişafını Sizin adınızla bağlayan xalqın ehtiramını qazanmısınız.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafında yeni böyük uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti