Bakı. Trend:
Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinə 11 nazir daxildir.
Qeyd edək ki, Sadır Japarov sonuncu dəfə 2023-cü il noyabrın 23-24-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) dövlət başçılarının sammitində iştirak etmək üçün Azərbaycana səfərdə olub.