...

Suverenliyin tam bərpasından sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi məntiqi ardıcıllığın davamıdır - Qırğız ekspert

Siyasət Materials 14 Avqust 2024 12:12 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşunun və suverenliyinin bərpasından sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi məntiqi ardıcıllığın davamıdır”.

Trend xəbər verir ki, bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında qırğız ekspert, Qırğızıstandakı Dünya Siyasəti İnstitutunun direktoru Şeradil Baktıqulov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş torpaqları yenidən tarixi sahiblərinə qaytarılıb:

“Bu səbəbdən, 2024-cü ilin fevralında növbədənkənar Prezident seçkilərinin keçirilməsi, indi isə növbədənkənar parlament seçkilərinin təyin edilməsi tamamilə məntiqlidir. Beləliklə, Azərbaycanda yeni idarəetmə sistemi formalaşır. Səsvermə suveren Azərbaycanın bütün ərazisində keçiriləcək ilk parlament seçkiləri olacaq”, – deyə Şeradil Baktıqulov fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti