...

Qazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır - Tokayev

Siyasət Materials 15 Oktyabr 2024 12:59 (UTC +04:00)
Qazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır - Tokayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Trend Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan prezidenti Vaaqn Xaçaturyanı Astanada qəbul edərkən deyib.

"Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin bundan sonra da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib", - deyə Akordanın məlumatında deyilir.

Xatırladaq ki, mayın 10-u Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti