...

Aİ bu günədək Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb – Komissiya sədri

Siyasət Materials 24 Aprel 2025 11:05 (UTC +04:00)
Aİ bu günədək Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb – Komissiya sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müstəqil xarici siyasət həyata keçirməsi Qərbdə, xüsusən də Avropa İttifaqı və onun üzv dövlətlərindəki bəzi dairələrin maraqları ilə üst-üstə düşmür. Nəticədə həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başladılar.

Trend xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov komissiyanın “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai dinləməsində çıxışı zamanı deyib.

O bildirib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra bu fəaliyyətlər daha aydın şəkildə özünü göstərməyə başlayıb.

“Avropa İttifaqı və digər ölkələrdə hər hansı bir missiyanın yaradılması üçün hüquqi əsas olaraq iki şərt mövcuddur - ya tərəfdaş ölkənin dəvəti olmalıdır, ya da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi.

Ermənistandakı missiyalara gəldikdə isə biz tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Bu günədək Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb. Bunlardan biri və ya birincisi qismən hüquqi əsaslara söykənsə də, digər ikisi Azərbaycanın razılığı olmadan, ölkəmizin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına və suverenliyinə təhdid yaradan missiyalar kimi qiymətləndirilə bilər”, - deyə komissiya sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti