Şuşa. Trend:
"NomadMania" səyyah klubunun Şuşaya səfəri başa çatıb
Trend xəbər verir ki, dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfəri çərçivəsində Füzulidən sonra Şuşaya gediblər.
Xarici səyyahlar müharibə dövründə güllələnmiş heykəllərlə, Xurşidbanu Natəvanın evinin qalıqları ilə tanış olublar. Bunlarla yanaşı onlar Şuşa Qalası və Gövhər Ağa məscidini gəziblər. Sonda isə səyyahlar Cıdır düzünə yollanıblar.
Növbəti səfər Xankəndinə olacaq.
XXX
12:11
Dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb.
Trend xəbər verir ki, beynəlxalq səyahətçilər Füzuli şəhərini ziyarət etdikdən sonra Şuşaya gəliblər. Burada onlar aparılan nəhəng bərpa və quruculuq işləri ilə tanış olacaqlar, minatəmizləmə fəaliyyətini müşahidə edəcəklər.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.
Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.