...

Rezidentura imtahanı elektronlaşdırılacaq

Cəmiyyət Materials 24 Aprel 2025 12:06 (UTC +04:00)
Rezidentura imtahanı elektronlaşdırılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rezidentura imtahanı elektronlaşdırılacaq.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanması mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Rezidentura imtahanı elektronlaşdırılacaq. Mayda peşəkar mühasib imtahanı da elektron formatda keçiriləcək. İrəlidə magistr imtahanının da elektronlaşdırılması nəzərdə tutulub", - o əlavə edib.

M.Abbaszadə həmçinin qeyd edib ki, Azərbaycanda gürcü dilində 200-dən çox məzun imtahan verib.

"120 nəfər doqquzuncu sinifdə, təxminən 100 nəfər isə 11-ci sinifdə imtahan verib. Biz imtahan nəticələrini gürcü mütəxəssislərlə birgə ekspertizadan keçirirdik", - o bildirib.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti