...

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb - MN

Siyasət Materials 24 Aprel 2025 09:19 (UTC +04:00)
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb - MN
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır", qurumdan vurğulanıb.

Qeyd edilir ki, qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti