...

İRANIN YENİ PREZİDENTİ AZƏRBAYCANA MÜNASİBƏTDƏ ÖLKƏNİN ƏVVƏLKİ SİYASƏTİNİ DAVAM ETDİRƏCƏK

Siyasət Materials 4 İyul 2005 18:29 (UTC +04:00)
İRANIN YENİ PREZİDENTİ AZƏRBAYCANA MÜNASİBƏTDƏ ÖLKƏNİN ƏVVƏLKİ SİYASƏTİNİ DAVAM ETDİRƏCƏK

İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejat Azərbaycana münasibətdə İİR-nın qarşılıqlı anlayış və qarşılıqlı etimada əsaslanan əvvəlki siyasətini davam etdirəcək. Trend agentliyi xəbər verir ki, iyulun 4-də keçirilən mətbuat konfransında bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Bu mövqe prezidentin seçkiqabağı platformasında və onun qonşu, ilk növbədə müsəlman dövlətləri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi mövqeyinə sədaqətinin göstərildiyi bəyanatlarda öz əksini tapıb.

"Bu, bizim xalqlarımızın arzusudur və bu arzu həyata keçiriləcək"-deyə səfir qeyd edib.Diplomatın sözlərinə görə, hələ Ərdəbilin valisi olanda M.Əhmədinejat "çox sevdiyi" Azərbaycanla iqtisadi əlaqələrin inkişafına kömək edirdi. Diplomat əmin olduğunu bildirib ki, onun prezident olduğu illərdə ikitərəfli münasibətlərin səviyyəsi daha da yüksələcək.

İranla Ermənistanın gələcək münasibətlərinə toxunan səfir bəyan edib ki, müsəlman və yaxud xristian olmasından asılı olmayaraq İranın xarici siyasətində həmişə əsas yeri qonşu dövlətlər tutub.Bu siyasət bundan sonra da davam etdiriləcək.Amma o, qeyd edib ki, İran-Ermənistan münasibətləri üçüncü dövlətə qarşı yönəldilməyib.

Xəbər lenti

Xəbər lenti