...

İSA QƏMBƏR MÜTTƏFİQLƏRİNİ DƏSTƏKLƏMƏMƏSİNİ YARANMIŞ VƏZİYYƏTLƏ ƏLAQƏLƏNDİRİB

Siyasət Materials 16 Avqust 2005 14:18 (UTC +04:00)

"Biz çox istərdik ki, İqbal Ağazadə də, Mirmahmud Mirəlioğlu da bizimlə "Azadlıq" blokunda bir yerdə olsunlar. Amma seçki prosesində hər zaman hər şey bizim istədiyimiz kimi olmur".

Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının sədri İsa Qəmbər bildirib. Qeyd edək ki, Müsavat Partiyasının ən yaxın müttəfiqlərindən olmuş AXC"klassiklər" P-nın sədri Mirmahmud Mirəlioğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə "Azadlıq" blokunun nəinki namizədlər siyahısına daxil edilmədi, hətta blokdan onlara rəqib namidlər irəli sürüldü.

Öz müttəfiqlərini dəstəkləməməsi barədə fikirlərini bildirərkən İ.Qəmbər bunu seçki prosesində yaranmış vəziyyətlə əlaqələndirib.

"Seçki prosesinin öz çətinlikləri, yaratdığı problemləri var.Əlbəttə, bu seçkidə Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə və digər şəxslərdə bir yerdə olmağı arzu edərdik. Lakin seçkidə müxtəlif qüvvələr iştirak edir və onların hamısının maraqlarının uzlaşdırılması çox mürəkkəb məsələdir. Kompleks olaraq sonda bu, hansısa problemlərə gətirib çıxarır"-deyə İ.Qəmbər əlavə edib.

Qeyd edək ki, İqbal Ağazadə "Azadlıq" blokuna qoşulmaqla bağlı öz fikrini bildirdiyini, lakin qarşı tərəfdən müsbət cavab almadığını, deyib: "Görünür, onlar mənim "Azadlıq" blokunda təmsil olunmağımı istəmirlər. Bu, artıq onların öz problemidir"-deyə İ.Ağazadə bildirib.

Xəbər lenti

Xəbər lenti