...

Mərkəzi Seçki Komissiyası 22 noyabrda daha 38 dairə üzrə bir neçə məntəqənin nəticələrini ləğv edib

Siyasət Materials 22 Noyabr 2005 20:15 (UTC +04:00)

Noyabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir neçə seçki dairəsi məntəqələrində yol verilmiş qanun pozuntuları ilə bağlı müzakirələr aparılıb.

Əvvəlcə MSK katibi Natiq Məmmədov komissiyanın seçkilərin ümumi yekunları haqqında protokolunun nümunəsi barədə məlumat verib. Bu məsələ səsə qoyulub və seçkilərin ümumi yekunları haqqında protokol nümunəsi təsdiq edilib. N.Məmmədov, MSK üzvləri İlham Məmmədov, Yusif Bağırzadə, Azər Tağıyev, Fuad Cavadov, Qabil Orucov, Validə Kazımova və Ramiz İbrahimov MSK-ya daxil olmuş müraciətlər və bəzi seçki dairələri üzrə nəticələrə dair məlumat veriblər.

97 saylı Goranboy-Ağdam seçki dairəsinin 3 (23,32,42), 26 saylı Sabunçu birinci dairəsinin 6 saylı məntəqəsi, 104 Gədəbəy-Tovuz dairəsinin 3 (8,48,49) , 108 saylı Ağstafa dairəsinin 37 saylı məntəqəsinin, 57 saylı Kürdəmir seçki dairəsinin 8 və 9 saylı məntəqələrinin, 65 saylı Saatlı-Sabirabad 3 (11,29,43 saylı), 70 saylı Masallı şəhər seçki dairəsinin 8 saylı məntəqəsinin, 72 saylı Masallı-Yardımlı dairəsinin 5 (25, 41, 64, 65, 78 saylı), 76 saylı Lənkəran-Astara 30 saylı məntəqəsinin, 84 saylı Fizuli seçki dairəsinin 3 saylı məntəqəsinin, 86 saylı İsmayıllı dairəsinin 30 və 45 məntəqələrinin, 96 saylı Goranboy dairəsinin 6 saylı məntəqəsinin, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 3 (13,16,40 saylı), 55 saylı Xaçmaz şahər seçki dairəsinin 3 (5,12,28 saylı), 120 saylı Şuşa-Xocalı-Xocavənd dairəsinin 9 (3,4, 16, 21, 45, 52, 64, 65, 70 saylı), 75 saylı Lənkəran - Massallı dairəsinin 5 (12,13, 14, 24, 38 saylı), 69 saylı Cəlilabad-Masallı dairəsinin 6 (4,12, 16, 24, 25, 36 saylı), 120 saylı Cəlilabad-Qubadlı dairəsinin 9 (2,4, 11,14 ,15, 31, 53, 55, 70 saylı), 102 Samux-Şəmkir dairəsinin 4 (1, 21, 44, 27 saylı), 43 saylı Sumqayıt dairəsinin 9 (9, 11, 13, 14, 19, 21, 34, 37, 38 saylı), 21 saylı Nəsimi birinci 15 və 27 saylı məntəqələrin, 121 saylı Laçın dairəsinin 8 (3, 8, 20, 49, 57, 67, 83, 100 saylı), 119 Ağdam kənd 13 məntəqəsinin (5,6, 8, 11, 13, 14, 17, 18, 23, 25, 27, 40, 44 saylı), 22 saylı Nəsimi ikinici 27 saylı məntəqəsinin, 15 saylı Yasamal birinci dairəsinin 4 (9, 21, 26, 27 saylı), 28 saylı Sabunçu üçüncü dairəsinin 3 (12, 15, 19 saylı), 71 saylı Massalı kənd dairəsinin 20 və 32 saylı məntəqələrinin, 85 saylı Şamaxı dairəsinin 7 (4, 18, 20, 25, 39, 50, 59 saylı), 92 saylı Zərdab-Ucar dairəsinin 17 saylı məntəqəsinin, 123 saylı Kəlbəcər dairəsinin 3 (8, 15, 19 saylı), 125 Zəngilan-Qubadlı dairəsinin 3 (10, 20, 29 saylı), 68 saylı Cəlilabad kənd dairəsinin 5 (9, 14, 18, 30, 31 saylı), 33 saylı Xətai birinci dairəsinin 10 saylı məntəqəsinin, 82 Ağcabədi dairəsinin 5 (1, 6, 26, 27, 34 saylı), 109 saylı Balakən dairəsinin 24 saylı məntəqəsinin , 118 Ağdam şəhər dairəsinin 33 və 36 saylı məntəqələrinin, 80 saylı İmişli-Beyləqan 29 və 37 saylı məntəqələrin, 81 Beyləqan dairəsinin 5 (11, 17, 40, 44, 46 saylı), 36 saylı Xətai dördüncü dairəsinin 5 məntəqəsinin (3, 4, 20, 21, 25 saylı) nəticələri ləğv olunub.

Beləliklə, MSK 22 noyabr tarixli iclasında ümumilikdə 38 seçki dairəsinin bir neçə məntəqəsində səsvermənin nəticələrini ləğv edib.

Lakin bu qərarlar həmin dairələr üzrə ümumi nəticələrə, yəni həmin dairələr üzrə qalib gəlmiş namizədlərin birinciliyinə təsir göstərməyib.

İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən daxil olmuş şikayətlərin potokollarının araşdırılması üçün onların Respublika Prokurorluğuna göndərilməsinə qərar verilib.

Xəbər lenti

Xəbər lenti