...

Azərbaycan və Bəhreyn ikitərəfli iünasibətləri inkişaf etdirmək niyyətindədir

Siyasət Materials 5 Yanvar 2006 12:22 (UTC +04:00)

Azərbaycan və Bəhreyn əməkdaşlığın bütün sahələri üzrə münasibətləri inkişaf etdirmək niyyətindədir. Azərbaycanın XİN-dən Trend ə verilən məlumata görə, belə bir qərar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Bəhreyn krallığının rəsmi şəxsləri ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində qəbul edilib.

Azərbaycanın XİN-nin rəhbəri səfər zamanı öz həmkarı Xalid bin Əhməd bin Məhəmməd əl-Xəlifə, Bəhreyn krallığının vəliəhdi, ölkənin Silahlı Qüvvələrinin rəisi Salman bin Qaməd aə-Xəlifə, krallıq dəftərxanasının naziri Xəlifə bin Əhməd əl- Xəlifə ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin perspektivləri, iki ölkə arasında hüquq müqavilə bazasının gücləndirilməsi məsələləri, eləcə də Dağlıq Qrarabağ münaqişəsinin nizamlanması məsələlərinə toxunulub. Bəhreyninin rəsmi şəxsləri növbəti dəfə bu münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyiblər.

Azərbaycanın xarici işlər naziri vəliəhdə Azərbaycan Respublikası prezidentinin İlham Əliyevin məktubunu verib. Səfər zamanı iki ölkənin xarici işlər naziri arasında qarşılıqlı anlaşma barədə Memorandum imzalanıb.

E.Məmmədyarov Bəhreyndə həmçinin, energetika, turizm, bank sistemi, iki ölkə arasında ticarət dövriyyəsinin art ırılması imkanları barədə məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti