...

Arif Hacılı: "Müsavatın növbəti qurultayında sədrin və məclis üzvlərinin yenidən seçilməsi gözlənilir"

Siyasət Materials 16 Mart 2006 17:30 (UTC +04:00)

Müsavat Partiyasının növbəti qurultayı may-iyun aylarında keçiriləcək. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

A.Hacılı bildirib ki, qurultaya hazırlıq işləri artıq başa çatdırılıb və nümayəndələr seçilib. Müsavat rəsmisi onu da vurğulayıb ki, partiyanın qurultayı ötən ilin yayında keçirilməli idi: "Lakin qurultayın keçirilməsi üçün Bakı meriyası bizə münasib yer ayırmadığından qurultayımız təxirə salındı". A.Hacılı "qurultaya Müsavatın keçmiş müttəfiqləri dəvət olunacaqmı" sualına belə cavab verib: "Qurultayın müddəti müəyyənləşdikdən sonra dəvətlilər barədə müzakirələr aparılacaq. Ancaq mənim fikrimcə, iqtidarda olan partiya ilə yanaşı bütün partiyaların nümayəndələri dəvət olunmalıdır".

A.Hacılı qeyd edib ki, növbəti qurultayda partiya sədrinin və məclis üzvlərinin yenidən seçilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti