...

DAK Şuşanın işğalının ildönümü ilə bağlı müxtəlif ölkələrdə tədbirlər keçirəcək

Siyasət Materials 17 Mart 2006 12:58 (UTC +04:00)

Yaxın vaxtlarda Dünya Azərbaycanlıları Konqresi (DAK) beynəlxalq səviyyəli tədbirlər keçirəcək. Bu barədə Trend ə DAK-ın sədri Cavad Derəxti məlumat verib. O bildirib ki, Amerikada, Fransada, Türkiyədə və digər ölkələrdə DAK tərəfindən toplantılar, konfranslar keçiriləcək. Tədbirlər əsasən mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 14-cü ildönümü ilə bağlı oalcaq.

Həmçinin digər rayonların işğal günləri ilə də əlaqədar tədbirlər düzənlənməsi nəzərdə tutulub. Cavad Derəxtinin sözlərinə görə, DAK-ın Azərbaycandakı və müxtəlif ölkələrdəki nümayəndələri, həmçinin xarici ölkələrdəki Azərbaycan diasporu ilə bununla bağlı danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti