...

Aqşin Mehtiyev: Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin planlaşdırılan görüşünün hələlik dəqiq gündəliyi yoxdur

Siyasət Materials 15 May 2006 19:40 (UTC +04:00)
Aqşin Mehtiyev: Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin planlaşdırılan görüşünün hələlik dəqiq gündəliyi  yoxdur

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Strasburqda planlaşdırılan görüşünün hələlik dəqiq gündəliyi yoxdur. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev eksklüziv məlumat verib.

"Görüş planlaşdırılıb. Əvvəlcə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü mümkündür. Lakin genişləndirilmiş iclasın keçirilməsi də istisna edilmir",- deyə A. Mehdiyev bildirib və hər iki nazirin AŞ Nazirlər Komitəsinin iclasında iştirak edəcəyini qeyd edib.

"Mayın 18-də axşam ənənəyə görə, AŞ-nın baş katibi Terri Devisin iqamətgahında nazirlərin qeyri-formal görüşü keçirilir. Mayın 19-u səhər isə Nazirlər Komitəsinin plenar iclası keçirilir", -deyə azərbaycanlı diplomat qeyd edib.

Onun sözlərinə görə, iclasın gündəliyində bir çox məsələlər, eləcə də, sənədlər və rəsmi məlumatlar və s. var. Avropa Şurası sədrliyinin Rumıniyadan Rusiyaya keçəcəyi gözlənilir. "Bu təşkilatın tarixində ilk dəfə olaraq Rusiya 6 ay ərzində bu struktura sədrlik edəcək", -deyə Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti