...

İlham Əliyev Gürcüstan prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Siyasət Materials 25 May 2006 17:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilini Müstəqillik günü münasibətilə təbrik edib. Bu barədə Trend məlumat verib.

Təbrik məktubunda bildirilir: " Sizi Azərbaycan xalqının və şəxsən öz adımdan Müstəqillik günü münasibətilə təbrik edirəm. Suveren, demokratik, hüquqi dövlətin qurulması və möhkəmləndirilməsində, dünya birliyinə ardıcıl inteqrasiyada Gürcüstanın qazandığı uğurlara ürəkdən şadam".

"Əminəm ki, dövlətlərimiz arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanan strateji əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi, irimiqyaslı birgə transmilli energetika layihələrinin uğurla həyata keçirilməsi, regional və beynəlxalq təşkilatlarda sıx qarşılıqlı əlaqə və qarşılıqlı dəstək xalqlarımızın rifahının yüksəlməsinə, Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına bundan sonra da kömək edəcəkdir",- deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti