...

"Azadlıq" siyasi bloku sədrlər şurasının toplantısı keçirilib

Siyasət Materials 6 İyun 2006 16:01 (UTC +04:00)

"Azadlıq" siyasi bloku sədrlər şurasının iynun 6-da növbəti iclası keçirilib. Trend xəbər veir ki, iclasda 6 məsələ müzakirə olunub. Toplantıdan sonra adıçəkilən blokun təsisçilərindən olan AXÇP sədri Əli Kərimov mətbuat konfransı keçirib.

AXÇP sədri toplantıda müzakirə olunan məsələlər barədə məlumat verib. O bildirib ki, toplantıda Müstəqil Azəröbaycan universitetinin aclıq aksiyası keçirən tələbələrin hüquqlarının, Azərbaycanın AŞPA qarşısında götürdyyü öhdəliklərin yerinə yetirilməsi, Güney Azərbaycanda soydaşlarımızla bağlı baş verən məlum hadisələr, "Azadlıq" siyasi blokunun zona müşavirələrinin davam etdirilməsi və iyunun 30-da Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı konfransa hazırlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti