...

Azərbaycanın baş prokuroru AŞPA məruzəçisi ilə görüşüb

Siyasət Materials 9 İyun 2006 21:05 (UTC +04:00)

İyunun 9-da Azərpbaycanın baş prokuroru Zakir Qaralov Bakıda səfərdə olan AŞPA məruzəçisi Leo Platvoyetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend in xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Z.Qaralov L.Platvoyetin yeni missiyasının həssas bir mövzu ilə bağlı olduğunu vurğulayıb. O qeyd edib ki, 200 ildən artıqdır Ermənistan Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasəti yeridir. Ermənistan Respublikasından, eləcə də Dağlıq Qarabağ və ona bitişik ərazilərindən bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından qaçqın və köçkün düşüb.

Z.Qaralov dəqiqləşdirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasında 4604 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibədə erməni silahlı qüvvələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar üç il əvvəl yaradılmış istintaq əməliyyat qrupunun fəaliyyəti nəticəsində 1061 nəfər əsir və ya girov götürülmüş şəxs dindirilib. O, müvafiq materialların beynəlxalq məhkəmələrə təqdim ediləcəyini də vurğulayıb.

Cənab Leo Platvoyet isə öz növbəsində qeyd edib ki, itkin düşmüş şəxslərlə əlaqədar missiya rəhbəri kimi Ermənistan Respublikasında olduğu müddətdə rəsmi qurumlar tərəfindən erməni vətəndaşlarının Azərbaycanda əsir düşməsi və girovluqda saxlanması ilə əlaqədar ona heç bir sənəd təqdim edilməyib. O, baş prokuror tərəfindən verilən məlumatın və qaldırılan məsələlərin rəhbərlik etdiyi qurumun gələcək fəaliyyətində nəzərə alınacağını bildirib.

Xəbər lenti

Xəbər lenti