...

Asim Mollazadə: "Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması yeni sistemin inkişafına təkan verən amildir"

Siyasət Materials 19 İyun 2006 13:06 (UTC +04:00)

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması yeni sistemin inkişafına təkan verən amildir. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulmasına münasibət bildirərəkən qeyd edib.

Millət vəkili bildirib ki, bu məsələnin qlobal nöqteyi-nəzərdən böyük əhəmiyyəti var. Birincisi, Azərbaycana Qazaxıstandan böyük həcmdə neft ehtiyatları daxil olur. Bunun özü iqtisadi cəhətdən önəmli layihədir: "Eyni zamanda qloballaşma nöqteyi-nəzərdən Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması yeni sistemin inkişafına təkan verən amildir".

A.Mollazadə onu da vurğulayıb ki, neft, enerji daşıyıcıları diversifikasiyası böyük əhəmiyyət kəsb edir: "Gələcəkdə bu sistemdə qaz xətlərinin də həyata keçirməsi nəticəsində yeni bir böyük sistemin inkişafına nail ola bilərik. Türkmənistanın da qoşulması sistemi daha etibarlı edə bilər".

Xəbər lenti

Xəbər lenti