...

Əli Əliyev: "Təkrar bələdiyyə seçkilərini müşahidə etməklə bağlı "Azadlıq" blokunda müzakirələr aparılmayıb"

Siyasət Materials 6 İyul 2006 16:29 (UTC +04:00)

Oktyabrın 6-da bələdiyyədə boş qalan yerlərə keçiriləcək təkrar seçkiləri müşahidə etməklə bağlı "Azadlıq" siyasi blokunda müzakirələr aparılmayıb. Bu barədə Trend ə "Azadlıq" siyasi blokunun həmsədrlərindən olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Ə.Əliyev onu da qeyd edib ki, təkrar seçkiləri müşahidə etməklə bağlı məsələ heç partiyanın rəhbər strukturlarında da müzakirə olunmayıb: "Mənim fikrimcə, əslində buna ehtiyac da yoxdur. Çünki bizim blok təkrar seçkiləri baykot etməklə bağlı qərar qəbul edib. Bu seçkilərin də necə keçiriləcəyi bizə məlumdur".

VİP sədri onu da bildirib ki, boykotla bağlı qərarın olmasına baxmayaraq blokda təmsil olan partiyaların seçkiləri müşahidə etməsi məsələnin müzakirəsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti