...

Masallı və Lənkəranda ABŞ tərəfindən maliyyələşdirilən yol layihəsinin başa çatması ilə əlaqədar mərasim keçiriləcək

Siyasət Materials 18 İyul 2006 13:09 (UTC +04:00)

İyulun 18 və 19-da Masallı və Lənkəranda ABŞ tərəfindən maliyyələşdirilən yol layihəsinin başa çatması ilə əlaqədar mərasim keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihəni "CHF İnternational" təşkilatı gerçəkləşdirilib. Bu layihə Qızılağac, Uzuntəpə və Veravul icmalarının da qoşulduğu beş illik icma proqramı olan İcma İnkişafı Fəaliyyəti çərçivəsində həyata keçirilib.

Bu icmaların sakinləri inanır ki, layihə icmanın infrastrukturunu inkişaf etdirəcək, əsas yola çıxışı təmin edəcək, icma sakinlərinin məktəbə, xəstəxanaya və s. çıxışlarını asanlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti