...

VHP-nin 8 namizədi qeydə alınıb

Siyasət Materials 26 İyul 2006 15:04 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) oktyabr ayının 6-da keçiriləcək təkrar bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş üzvlərinin səkkiz nəfərinin namizədliyi rəsmən eydə alınıb. Bu barədə Trend ə VHP-nin Seçki Qərargahından bildiriblər.

Seçki Qərargahından onu da bildiriblər ki, seçkilərə hazırlıq işləri davam edir və prosesin gedişində digər müxalifət partiayları ilə əməkdaşlıq da ediləcək: "Ola bilsin ki, təbliğat-təşviqat kampaniyasını müttəfiq müxalifət partiyaları ilə birgə quraq. Bu barədə VHP-yə bir sıra müxalifət partiyalarından təkliflər daxil olub və həmin təkliflər müzakirə edilir".

Xəbər lenti

Xəbər lenti