Azərbaycanın Livana göndərdiyi humanitar yardım daşınma ilə bağlı problem olduğundan hələ Beyruta çatmayıb. Bu barədə Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub (Nazih Gassub) Trend ə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan höküməti yardım ayırıb, lakin hərbi əməliyyatlar səbəbindən Livanın sərhədləri bağlı olduğundan, hələ yardımı ölkəyə çatdırmaq mümkün olmayıb. Digər ölkə və təşkilatlar da Livana humanitar yardım göndərərkən, həmin problemlə qarşılaşıblar.
N.Qassubun qeyd etdiyi kimi, BMT bu məsələni ən qısa zamanda həll etməyə və humanitar yardım üçün dəhlizin açılışına yardım etməyə söz verib.
Konsul xəbər verib ki, Livanın XİN başçısı göstərilən köməyə görə Azərbaycan prezidentinə və xalqına təşəkkür məktubu göndərib.