...

ABŞ-ın Respublikaçılar İnstitutu hələ Azərbaycanda keçirilicək bələdiyyə seçkilərinin monitorinqi barədə qərar qəbul etməyib

Siyasət Materials 11 Avqust 2006 18:35 (UTC +04:00)

ABŞ-ın Respublikaçılar İnstitutu hələ Azərbaycanda keçirilicək bələdiyyə seçkilərinin monitorinqi barədə qərar qəbul etməyib. Bu barədə Trend ə institutun Bakı ofisinin siyasi proqramlar üzrə direktoru Fariz İsmayılov xəbər verib.

O qeyd edib ki, hazırda institut 6 oktyabr bələdiyyə seçkilərinin namizədləri üçün treninqlər keçirir. Treninqlərdə namizədlərə seçicilər və mətbuatla iş üsulları barədə məlumat verilir. Həmçinin təbliğat-təşviqat kampaniyasının keçirilmə üsulları da gözdən keçirilir.

Qeyd edək ki, Azərbaycanın 603 yerli özünüidarə orqanına keçirilən seçkilərdə 4634 namizəd iştirak edir. Onlardan 2143-ü müstəqildir, 2215- i isə "Yeni Azərbaycan" partiyasını təmsil edir.

Xəbər lenti

Xəbər lenti