...

QHT-lərlə bağlı qanun layihələrinə oktyabrda yenidən baxılacaq

Siyasət Materials 16 Sentyabr 2006 12:00 (UTC +04:00)

QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə hazırlanan üç qanun layihəsi oktyabr ayında yenidən işləniləcək. Bu barədə Trend ə Milli QHT Forumunun icraçı direktoru Fərasət Qurbanov bildirib.

Qeyd edək ki, iyunun 28-də Milli QHT Forumu ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin dəstəyi ilə QHT qanunvericilik bazasının təkmilləşdirildməsi məqsədilə "İctimai birliklər haqqında", "Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri və digər qanunların analizinin müzakirəsi ilə bağlı seminar keçirib.

F.Qurbanov bildirib ki, qanun layihələri rəy üçün ATƏT-in Bakı ofisinə təqdim edilməlidir: "Bu məsələ ilə bağlı biz ATƏT-in Bakı ofisinə müraciət etmişik. Ofisidən bildiriblər ki, sənədlərə rəy verən mütəxəssislər Bakıya sentyabrın 10-dan sonra gələcəklər. İndi biz onların gəlişini gözləyirik".

F.Qurbanov onu da vurğulayıb ki, ATƏT-in Bakı ofisi tərəfindən rəy verildikdən sonra sənədlər Milli Məclisə təqdim ediləcək: "Ancaq buna qədər biz yenidən sənədləri nəzərdən keçirəcəyik. Çox güman ki, işçi qrupları tərəfindən bu proses oktyabrda həyata keçiriləcək".

Xəbər lenti

Xəbər lenti