Emomali Raxmonov noyabrın 6-da keçiriləcək seçkilərdə Aqrar, Sosialist və İqtisadi islahatlar partiyalarının liderlərindən sonra Tacikistan başçısı vəzifəsinə dördüncü namizəddir.
Trend İTAR-TASS-a istinadən xəbər verir ki, indiki prezidentin namizədliyi yekdilliklə Tacikistanın hakim Xalq-demokratik partiyası qurultayının nümayəndələri tərəfindən dəstəklənib. Emomali Raxmonov 1998-ci ildən bu partiyanın lideridir.