Avropa Birliyinin (AB) Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi hesab edir ki, AB-nin Yeni qonşuluq siyasəti Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə nizamlanmasına yardım edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə AB nümayəndəsi məlumat verib.
"Biz regionda daha sabit və çiçəklənən qonşuluq gözləyirik. Bu, birdən-birə baş verməyəcək, amma hər halda Avropanın Yeni Qonşuluq Siyasəti çərçivəsində ölkələr bir-birinə yaxınlaşacaq və bu, uzun müddətə olacaq", - deyə diplomat vurğulayıb.