...

MSK sədri: "Dairə seçki komissiyalarının fəaliyyəti ilə bağlı ciddi araşdırmaların aparılması lazımdır"

Siyasət Materials 14 Noyabr 2006 16:55 (UTC +04:00)
MSK sədri: "Dairə seçki komissiyalarının fəaliyyəti ilə bağlı ciddi araşdırmaların aparılması lazımdır"

Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın Monitorinq Qrupunun üzvləri ilə müşavirə keçirib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

O, dairə seçki komissiyalarının fəaliyyətini monitorinqə başlamazdan öncə qrupun üzvlərinə son tapşırıqlarını verib və monitorinq zamanı dairə seçki komissiyalarının yerləşdiyi binaların vəziyyətindən tutmuş dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqqı ödənilməsi cədvəlinə baxış keçirilməsinə qədər geniş miqyaslı yoxlamanın aparılmasının zəruriliyini nəzərə çatdırıb. Sədr bildirib ki, DSK-ların maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyətə dair ciddi araşdırmaların aparılması vacibdir. lkin olaraq monitorinq Bakı və Sumqayıtda, Abşeron rayonunun ərazisində yerləşən seçki dairələrini əhatə edəcək. Bu ərazidə yerləşən məcburi köçkün rayonlarının seçki dariələrində də monitorinq aparılacaq.

Beləliklə, cəmi 38 DSK-da bu tədbirin həyata keçirilməsi planlaşdırılıb. Noyabrın 15-dən başlanılacaq prosesin ayın sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən dairələrdə monitorinq başa çatdırlıldıqdan sonra digər dairə seçki komissiyalarında da sözügedən hərəkətlər həyata keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov da monitorinq aparacaq qrupların üzvlərinə görəcəkləri işlər barədə tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti