...

Fransa və Almaniya Bakıdakı keçmiş və gələcəklərini müzakirə etdilər

Siyasət Materials 16 Noyabr 2006 13:11 (UTC +04:00)

Noyabrın 16-da Bakıda "Fransa və Almaniyanın keçmiş və gələcək münasibəti" adlı konfrans keçirilib. Trend xəbər verir ki, konfrans Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilib.

Tədbirdə Fransa, Almaniya, eləcə də Azərbaycan mütəxəssisləri iştirak edib. Məruzə ilə çıxış edən Fransa milli elmi tədqiqatlar mərkəzinin tədqiqatçısı xanım Korin Dö Frans Fransanın Almaniya ilə münasibətlərinin tarixinə toxunub və məruzəsində əsasən bu iki xalqın müharibədən sonrakı dövrdə münasibətləri haqqında danışıb. O qeyd edib ki, müharibə dövründə toplanmış qarşılıqlı nifrətə baxmayaraq, fransız və alman xalqları yaxınlaşa biliblər. Onun sözlərinə görə, bu, dərhal baş verməyib - ötən əsrin 50-ci illərindən başlayaraq, Fransa və Almaniyanın qardaş şəhərləri yaranmağa başlayıb və 1960-cı ildə onların sayı 130-a çatıb. O, həmçinin başlıca amil kimi, müharibə dövrünü yaşamış xalqlar arasında mədəniyyət mübadiləsini qeyd edib. K.Dö Frans əlavə edib ki, 50-ci illərin sonunda ilk gənclər təşkilatları yaranmağa başlayıb. Və 10 ildən sonra bu təşəbbüsdə Fransa və Almaniyanın 2 milyondan artıq gənci birləşib.

Sonra tədbirdə Fransa və Almaniya münasibətlərinin digər dövrləri, o cümlədən 1953-cü ildə Yelisey sazişinin imzalanması müzakirə edilib. Tədbirdə həmçinin azərbaycanlı ekspertlər - politoloq Eldar Namazov və Milli Məclisin deputatı Asim Mollazadə çıxış edib.

Xəbər lenti

Xəbər lenti