...

Azərbaycan prezidenti AŞ PA nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 11 Dekabr 2006 16:14 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev AŞ PA Avropa xalq partiyası qrupunun sədri Lyuk Van den Branden, Avropa demokratları qrupunun sədr müavini Devid Uilşir və siyasi məsələlər üzrə komitənin üzvü Stef Qorisi qəbul edib. Azərbaycan prezidenti AŞ PA siyasi məsələlər üzrə komitəsinin növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu bildirib.

AŞ PA Avropa xalq partiyası qrupunun sədri Lyuk Van den Brandenin fikrincə, AŞ PA-nın mühüm komitələrindən birinin öz iclasını Bakıda keçirməsi iclas iştirakçılarına mühüm geostrateji mövqedə yerləşən Azərbaycandakı inkişaf prosesi ilə tanış olmağa imkan yaradır.

Görüşdə Azərbaycanda keçirilən demokratik islahatlar, Azərbaycanla Avropa Şurası arasındakı əlaqələrin bugünkü vəziyyəti müzakirə obyekti olub.

Xəbər lenti

Xəbər lenti