...

Nazim İbrahimov: "Diasporumuzun fəaliyyət göstərdiyi bütün ölkələrdə Həmrəylik Günü qeyd olunacaq"

Siyasət Materials 18 Dekabr 2006 13:45 (UTC +04:00)
Nazim İbrahimov: "Diasporumuzun fəaliyyət göstərdiyi bütün ölkələrdə Həmrəylik Günü qeyd olunacaq"

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları tərəfindən qeyd olunacaq. Bu barədə Trend ə eksklüziv açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, hər il həmrəylik günü münasibəti ilə dünyanın hər yerində fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlər keçirilir: "Dünyanın elə bir yeri yoxdur ki, orada yaşayan azərbaycanlılar həmrəylik gününü qeyd etməsinlər. Bütün ölkələrdə müxtəlif cür tədbirlər təşkil olunur, soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təntənəli şəkildə qeyd edirlər. Bu il də diasporumuzun təşkilatlandığı, fəaliyyət göstərdiyi bütün ölkələrdə bu bayram qeyd olunacaq"-deyə N.İbrahimov bildirib.

O, Həmrəylik Günü ilə bağlı xarici ölkələrdə keçiriləcək bu ilki tədbirlərdə iştirak etməyəcəyini deyib. Lakin Dövlət Komitəsi bütün diaspor nümayəndələri ilə daim əlaqə saxladığından keçirilən bütün tədbirlərə dəstək verir.

Xəbər lenti

Xəbər lenti