...

YAP-ın sədr müavini ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Siyasət Materials 28 Mart 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose-Luis Herrero ilə görüşüb. Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Tanışlıq xarakteri daşıyan görüşdə ATƏT səfirinə YAP-ın strukturu, ictimai-siyasi həyatda mövqeyi, ölkədə fəaliyyət göstərən digər siyasi partiyalarla əlaqələri və seçki komissiyalarının formalaşması prinsipinə münasibəti açıqlanıb. Əhmədov Azərbaycanda hüquqi, demokratik, cəmiyyət quruculuğu proseslərində qazanılmış uğurlarda YAP-ın müstəsna xidmətlərinin olduğunu nəzərə çatdırıb, hakim partiyanın ümumilli maraqların müzakirəsi məqsədilə bütün siyasi partiyalar arasında dialoqun təşəbbüskarı olduğunu və bu gün də mövqeyində sadiq qaldığını qeyd edib.

ATƏT səfiri öz növbəsində deyib ki, Azərbaycanda keçirilən bütün seçkilərin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanındığı halda, hər hansı siyasi partiyanın seçkinin nəticələrinə şübhə ilə yanaşması qeyri-normaldır və müxalifətin kəskin qarşıdurma mövqeyindən imtina edib hakim partiya ilə müəyyən çərçivələr əsasında müzakirələr aparması daha çox məqsədəmüvafiq olardı. ATƏT səfiri öz növbəsində deyib ki, Azərbaycanda keçirilən bütün seçkilərin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanındığı halda, hər hansı siyasi partiyanın seçkinin nəticələrinə şübhə ilə yanaşması qeyri-normaldır və müxalifətin kəskin qarşıdurma mövqeyindən imtina edib hakim partiya ilə müəyyən çərçivələr əsasında müzakirələr aparması daha çox məqsədəmüvafiq olardı.

Xəbər lenti

Xəbər lenti