...

LİNKS təşkilatı Cənubi Qafqazda azad iqtisadi zonanın yaradılmasını təklif edir

Siyasət Materials 29 Mart 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Böyük Britaniyanın LİNKS təşkilatı Cənubi Qafqazın hər üç dövlətinin sərbəst çıxış imkanı olan azad iqtisadi zona yaratmasını təklif edir. Azərbaycanda səfərdə olan LİNKS-in icraçı direktoru Denis Sammut bildirib ki, bu təcrübədən aralarında müəyyən problemlər olan ölkələrin yerləşdikləri bölgələrdə istifadə olunub və özünü doğruldub.

"Yaradılacaq azad iqtisadi zonada ticarət üçün hər cür şərait yaradıla, ticarət obyektləri, digər infrastrukturlar tikilə bilər. Bu da bölgə ölkələri arasında etimadın yaradılmasına kömək edər", - deyə Denis Sammut bildirib.

Onun fikrincə, Cənubi Qafqaz bölgəsində böyük problemlər var və bu problemlər böyük həll yollarının tapılmasını tələb edir.

Azərbaycanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Siyavuş Novruzov isə deyib ki, Azərbaycan və Gürcüstan iki ölkənin sərhədində azad iqtisadi zonanın yaradılması üçün danışıqlar aparır. Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanın bura qoşulması mümkün deyil.

Qeyd edək ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu LİNKS-in təşəbbüsü ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti