...

Azərbaycan müxalifət partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Siyasət Materials 7 Aprel 2007 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü təmsil olunduğu partiyanın 2008-ci il prezident seçkilərində ilham Əliyevin namizədliyini müdafiə edəcəyinin mümkünlüyünü açıqlayıb. Şükürlü şənbə günü Trend ə açıqlamasında bildirib ki, hazırda hakimiyyətdə bir sıra şəxslərin korrupsiya və oliqarxların siyasətə müdaxiləsinə qarşı açıq çıxışlar mövcuddur: "Hakimiyyət Dağlıq Qarabağ məsələsinin milli mənafelərimizə uyğun həlli, korrupsiyaya qarşı barışmaz mübarizəsi və xalqın həyat tərzinin yaxşılaşdırılması istiqamətində siyasi kursu davam etdiyi halda Ədalət Partiyası İlham Əliyevin namizədliyini müdafiə edə bilər".

Ədalət partiyası 1995-ci ildə Azərbaycan SSR-in sabiq baş prokuroru və ədliyyə naziri İlyas İsmayılov tərəfindən yaradılıb. Sağ mərkəzçi muxalifətyönlü partiya 1996-cı ildə Azərbaycan Demokrat Partiyası ilə birləşib. 2000-ci ildə partiyalaraq yenidən ayrılıb və Ədalət Partiyası bərpa olunub. Hazırda partiyanın sədri millət vəkilidir.

Xəbər lenti

Xəbər lenti