...

Bu gün AŞPA-nın yaz sessiyası öz işinə başlayır

Siyasət Materials 16 Aprel 2007 11:18 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Bu gün Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin də müzakirə ediləcəyi gözlənilir. Sessiyada Azərbaycanı AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov və millət vəkilləri Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev rəsmi olaraq təmsil edəcək. Bundan əlavə yaz sessiyasında Azərbaycandan dəvət olunmuş hıquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının və müxalifət partiyalarının nümayəndələri də iştirak edəcək.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Toni Lyod və Andreas Herkelin hazırladığı məruzə isə sessiyanın ilk günü yerli vaxtla saat 15.00-da Assambleyada dinləniləcək.

Xəbər lenti

Xəbər lenti