...

Azərbaycan Milli İstiqlal Partiyasının lideri: "Partiyanın siyasi fəallığa nail olmamasından təəssüflənirəm"

Siyasət Materials 2 May 2007 14:51 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının lideri: "Partiyanın siyasi fəallığa nail olmamasından təəssüflənirəm"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov çərşənbə günü bəyan edib ki, partiya rəhbərliyinin fəaliyyəti onu qane etmir. Məmmədov Trend ə eksklüziv açıqlamasında AMİP-in siyasi fəallığa nail olmamasından təəssüflənib və heç kimin bu fəaliyyətdən razı olmadığını bildirib.

"Vəziyyətin yaxşı olmamasından hamı şikayətlənir, ancaq siyasilər kimdənsə hansısa hərəkət gözləyirlər. Bu isə normal yanaşma deyil" - deyə Məmmədov bildirib.

AMİP lideri bildirib ki, siyasi fəallığı olmayan müxalifət seçkilərdən kənarda qalacaq.

Xəbər lenti

Xəbər lenti