...

Dini təmayüllü partiya ilə ictimai qurum birləşə bilər

Siyasət Materials 19 May 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyası (AİP) Azərbaycan Ziyalı Hərəkatı ilə birləşə bilər. Bu barədə İslam Partiyasının sədri Hacıağa Nuri məlumat verib.

O bildirib ki, Azərbaycan Ziyalı Hərəkatının rəhbəri Eldəniz Quliyevdən bu quruma qoşulmaq təklifi alıb. Hacıağa Nuri qeyd edib ki, İslam Partiyası ilə Ziyalı Hərəkatı uzun illərdir müttəfiqdirlər. Siyasi proseslərin fəallaşdığı dövrdə İslam Partiyası həm Azərbaycançı Qüvvələr Birliyində (AQB) fəaliyyətini artıracaq, həm də digər ictimai, siyasi qüvvələrlə əməkdaşlıq quracaq.

Nuri onu da deyib ki, İslam Partiyasının bu il növbəti qurultayı keçiriləcək və orada gələn il keçiriləcək prezident seçkilərinə dair müvafiq qərar çıxarılacaq. Partiya sədrinin sözlərinə görə, əgər gələnilki seçkilərinə dair İslam Partiyasının müsbət qərarı olarsa, AQB seçki blokuna çevrilə bilər.

Qeyd edək ki, AQB-də üç müxalifət partyası - Birlik, Xalq Dirçəliş və İslam

partiyaları təmsil olunur.

Dini təmayüllü, müxalifətyönlü İslam Partiyası 1991-ci ildə təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra partiya təkrar dövlət qeydiyyatına alınmayıb.

Xəbər lenti

Xəbər lenti