...

ADP mədəniyyət və turizm nazirinə və Xəzər Dəniz Gəmiçiliyinin rəisinə müraciət edib

Siyasət Materials 21 May 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyası (ADP) 9-cu qurultayını keçirmək üçün bazar ertəsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirova məktubla müraciət edib. Bu barədə ADP mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətdə sözügedən şəxslərdən tabeçiliklərində olan yerlərdən (Rəşid Behbudov adına Mahnı Teatrı, Azərbaycan kinoteatrı, Akademik Dram Teatrı və Dənizçilərin Mədəniyyət Sarayı) birinin ADP-nin qurultayı üçün ayrılması xahiş edilir. Xatırladaq ki,ADP mayın 27-də 9-cu qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və Şəhriyar adına Mədəniyyət Sarayında, Rəşid Behbudov adına Mahnı Teatrında, Azərbaycan kinoteatrında, Akademik Dram Teatrında və ya Dənizçilərin Mədəniyyət Sarayında qurultayın keçirilməsi üçün yer ayrılmasını istəyib. ADP mayın 27-də 9-cu qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və Şəhriyar adına Mədəniyyət Sarayında, Rəşid Behbudov adına Mahnı Teatrında, Azərbaycan kinoteatrında, Akademik Dram Teatrında və ya Dənizçilərin Mədəniyyət Sarayında qurultayın keçirilməsi üçün yer ayrılmasını istəyib. Meriyadan isə bildiriblər ki, sözügedən saraylardan yalnız Şəhriyar adına Mədəniyyət Sarayı Bakı meriyasının nəzdindədir. Amma bu sarayda hazırda təmir işləri gedir. Bakı Şəhər İcra Hakimiyyətindən ADP-yə Mədəniyyət və Turizm Nazirliyinə və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə müraciət etmək tövsiyyə olunub.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Sonradan R.Quliyev ADP adından imtina edib.

Xəbər lenti

Xəbər lenti