...

ADP Ali Məclisinin sessiyasının vaxtı dəyişdirildi

Siyasət Materials 14 İyun 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin sessiyasının vaxtı dəyişdirildi. Bu barədə cümə axşamı ADP-dən məlumat verilib.

ADP-nin IX qurultayından sonra partiyanın rəhbər orqanlarının formalaşdırılması davam edir. Qurultaydan sonra ADP sədri Sərdar Cəlaloğlu tərəfindən bir sıra təyinatlar verilib, həmçinin İdarə Heyətinin ilk iclasında Ali Məclisin ilk sessiyasının iyunun 23-də keçirilməsinə qərar verilib.

Lakin ADP sədri Sərdar Cəlaloğlunun həmin ərəfədə Avropaya səfəri planlaşdırıldığı üçün sessiyanın vaxtı dəyişdirilib. ADP Ali Məclisinin ilk sessiyası iyunun 16-da saat 11.00-da partiyanın mərkəzi qərargahında öz işinə başlayacaq.

Sessiyada Ali Məclis sədrinin, müavininin və katibinin seçilməsi, rəhbər orqanlara təyinatların və partiya strukturlarının fəaliyyətlərini tənzimləyən bir sıra sənədlərin təsdiqi planlaşdırılır.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti