...

GUAM ölkələri prezidentləri təşkilatın regionda xüsusi rolunu qeyd ediblər

Siyasət Materials 19 İyun 2007 14:12 (UTC +04:00)
GUAM ölkələri prezidentləri təşkilatın regionda xüsusi rolunu qeyd ediblər

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Ukrayna prezidenti Viktor Yuşenko çərşənbə axşamı GUAM sammitində bəyan edib ki, GUAM regionda sabitliyin dayağına çevrilməlidlir.

O, beynəlxalq ictimaiyyətin GUAM-ın fəaliyyətinə göstərdiyi maraqdan məmnun olduğunu bildirib və qeyd edib ki, təşkilat aktiv şəkildə yeni dostlar əldə edir.Yuşenko GUAM-Polşa, GUAM-Yaponiya, GUAM-ABŞ danışıqlarının mühümlüyünü vurğulayıb. Sammitdə iştirak edən Gürcüstan prezidenti

Mixail Saakaşvili qeyd edib ki, son bir neçə il ərzində GUAM beynəlxalq təşkilata çevrilib. O bildirib ki, GUAM MDB-dən fərqlənir. Prezident Avropa Birliyinin GUAM-a dəstəyinin xüsusi rolunu qeyd edib. Saakaşvili bildirib ki, ölkələr arasında ticarət mübadiləsinin artmasına səbəb olan azad ticarət zonasının yaradılması kimi bir sıra nailiyyətlər əldə olunub.

Gürcüstan preidenti Cənubi Asetiya ilə münaqişənin həlli məsələsinə toxunub və bildirib ki, 2004-cü ildə danışıqlar haqqında qəbul olunan qərar sayəsində bu regionun nümayəndələri Gürcüstan hökumətinə inteqrasiya ediblər. O, həmçinin qeyd edib ki, bütün təxribatlara fərdi şəkildə cavab veriləcək. Saakaşvili Cənubi Asetiyadakı vəziyyəti ciddi inkişaf kimi qiymətləndirib. Onun sözlərinə görə, bu il Gürcüstan ən yaxşı biznesin iyirmiliyinə daxil olmağı planlaşdırır. O qeyd edib ki, Gürcüstan Avropada korrupsiyanın ən az olduğu ölkədir.

Sammitdə iştirak edən Moldovanın baş naziri Vasili Tarlev ticarət dövriyyəsinin artmasına tövhə verəcək ticarət evlərinin yaradılmasını təklif edib. Bu evlər Bakı, Tbilisi, Kiyev, həmçinin Kişinyovda yaradıla bilər. Tarlev həmçinin GUAM ölkələrində mədəniyyət və gənclər festivalının keçirilməsini təklif edib.

Sammitdə çıxış edən Polşa prezidenti Lex Kaçinski Odessa-Brodi-Qdansk layihəsinin reallaşmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu borunun doldurulması üçün lazım olan neft GUAM ölkələrində var. "Bu, şantajla bağlı hallarda çox vacibdir. Allah eləməsin ki, bu şantaj yenidən təkrar olunsun" - deyə Kaçinski enerji resurslrının diversifikasiyasından danışarkən bildirib.

Kaçinski mədəni nailiyyətlərin əldə edilməsi üçün GUAM-ın mövcudluğunun vacibliyini vurğulayıb.

O, bildirib ki, bu planda Polşa GUAM-ın sadiq tərəfdaşı olacaq.

Xəbər lenti

Xəbər lenti