...

Azərbaycan XİN-nin nümayəndə heyəti Aşqabada səfər edəcək

Siyasət Materials 22 İyun 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İyun ayının ortalarında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndə heyəti Türkmənistana səfər edəcək. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Nazir müavini qeyd edib ki, səfər zamanı Xəzərin hüquqi statusu ilə bağlı məsələlər müzakirə ediləcək.

Xələfovun sözlərinə görə, Azərbaycan Xəzərin statusu ilə bağlı nəinki çoxtərəfli, hətta ikitərəfli danışıqların da tərəfdarıdır.

Türkmənistan Xəzərin beş ölkə arasında bərabər bölünməsini tələb edir. Azərbaycan isə dənizin sahilxətti böyunca milli sektorlara bölünməsini istəyir. Türkmənistan Xəzərin Azərbaycan sektorunda yerləşən "Kəpəz" neft yatağına iddia edir və onu "Sərdar" adlandırır.

Xəbər lenti

Xəbər lenti